Heydər Əliyev Sarayı növbəti dəfə uşaqları sevindirəcək

Heydər Əliyev Sarayı növbəti dəfə uşaqları sevindirəcək

Mayın 25-də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunan konsert proqramı keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə "Asiman" rəqs kollektivinin iştirakı ilə milli və müasir rəqslər, Şaolin və Bədii Qimnastika Federasiyaları təmsil edən idmançı uşaqların iştirakilə rəngarəng çıxışlar, illüziya şousu və bir sıra estrada ulduzlarının iştirakı nəzərdə tutulub.

Bundan əlavə, konsertdə uşaqları surprizlər gözləyir. Uşaqlar Azərbaycanın "Eurovision" təmsilçiləri Fərid Məmmədov və Eldar Qasımovu böyük səhnədə izləmək imkanı əldə edəcəklər.

Biletləri şəhərimizin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5-20 azn arasındadır.

Adəti üzrə bu bayram konsertinə də Sarayın rəhbərliyi tərəfindən kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə