58-ci Eurovision mahnı müsabiqəsinin ev sahibliyini üstələyən İsveçdə final həyəcanı başladı. SİA-nın məlumatına görə, ilk olaraq finala vəsiqə qazanan 26 ölkənin iştirakçısı arenanın mərkəzində düzəldilən körpü vasitəsi ilə əsas səhnəyə toplaşıblar.
Daha sonra səhnəyə çıxan "Eurovision-2013" şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlayıb. O bildirib ki, "Malmö Arena"ın səhnəsində 26 ölkənin təmsilçiləri 1-ci yerə sahib olmaq uğrunda mübarizə aparacaq.
Finalda səhnəyə ilk olaraq "L'enfer Et Moi" mahnısı ilə Fransa təmsilçisi Amandine Bourgeois çıxıb.
Daha sonra isə digər ölkələr ardıcılıqla öz performanslarını sərgiləyəcəklər.
Sonuncu, yəni 26-cı nömrə altında isə "Only Love Survives " mahnısı ilə irlandiyalı təmsilçi Ryan Dolan çıxış edəcək.
Azərbaycan təmsilçisi Fərid Məmmədov bu mötəbər yarışmada 20-ci nömrə altında ikinci hissədə çıxış edəcək.
Məlumat üçün bildirək ki, finalda çıxış edəcək ölkələrin sıralanması aşağıdakı kimi olacaq:
1. Fransa
2. Litva
3. Moldova
4. Finlandiya
5. İspaniya
6. Belçika
7. Estoniya
8. Belarus
9. Malta
10. Rusiya
11. Almaniya
12. Ermənistan
13. Niderland
14. Rumıniya
15. Böyük Britaniya
16. İsveç
17. Macarıstan
18. Danimarka
19. İslandiya
20. Azərbaycan
21. Yunanıstan
22. Ukrayna
23. İtaliya
24. Norveç
25. Gürcüstan
26. İrlandiya.
Bu yarımfinalda iştirak edən 26 ölkədən yalnız biri qələbə qazanacaq və gələn ilki yarışma məhz həmin iştirakçının ölkəsində keçiriləcək.
Qeyd edək ki, ümumilikdə final şousu 45 ölkədə yayımlanacaq. Müsabiqə 39 iştirakçı ölkə ilə yanaşı, bu il həm də Qazaxıstan, Kosovo, Bosniya, Portuqaliya və Avstraliyada da yayımlanacaq. Bu il Çin vətəndaşları da bu şounu izləmək şansını əldə edəcəklər. Baxmayaraq ki, şou Çində canlı yayımlanmayacaq, lakin onlara da yayım hüququ verilib.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB