Şou həyəcanı davam edir

"Eurovision- 2013" mahnı müsabiqəsinin II yarımfinal həyəcanı davam edir. SİA-nın məlumatına görə, 17 ölkə ardıcıl olaraq öz ifalarını təqdim ediblər. Ölkələrin sıra ardıcıllığı isə aşağıdakı kimi olub:

1. Latviya: "Here We Go" mahnısı ilə PeR;

2. San Marino: "Crisalide (Vola)" mahnısı ilə Valentina Monetta;

3. Makidoniya: "Pred Da Se Razdeni" mahnısı ilə Esma & Lozano;

4. Azərbaycan: "Hold me" mahnısı ilə Fərid Məmmədov;

5. Finlandiya: "Marry Me" mahnısı ilə Krista Siegfrids;

6. Malta: "Tomorrow" mahnısı ilə Gianluca;

7. Bolqarıstan: "Samo Shampioni (Only Champions)" mahnısı ilə Elitsa Todorova və Stoyan Yankulov;

8. İslandiya: "Ég Á Líf" mahnısı ilə Eythor Ingi;

9. Yunanıstan: "Alcohol Is Free" mahnısı ilə Koza Mostra feat. Agathon Iakovidis;

10. İsrail: "Rak Bishvilo" mahnısı ilə Moran Mazor;

11. Ermənistan: "Lonely Planet" mahnısı ilə Dorians;

12. Macarıstan: "Kedvesem (Zoohacker Remix)" mahnısı ilə ByeAlex;

13. Norveç: "I Feed You My Love" mahnısı ilə Margaret Berger;

14. Albaniya: "Identitet" mahnısı ilə Adrian Lulgjuraj & Bledar Sejko;

15. Gürcüstan: "Waterfall" mahnısı ilə Nodi Tatishvili & Sophie Gelovani;

16. İsveçrə: "You And Me" mahnısı ilə Takasa;

17. Rumıniya: "It's My Life" mahnısı ilə Cezar;

Məlumat üçün bildirək ki, çıxışlardan dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaq.

Qeyd edək ki, finala vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 18-də "Malmö Arena"ın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə