"Eurovision- 2013"ün I yarımfinal ifaçılarının səsverməsi başladı

"Eurovision- 2013"ün I yarımfinal ifaçılarının səsverməsi başladı

"Malmö arena"da keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsinin I yarımfinal mərhələsində ifaçıların çıxışı sona çatıb. SİA-nın məlumatına görə, ilk olaraq səhnəyə "Shine" mahnısı ilə Avstriya təmsilçisi Natalie Kelli çıxıb.

2-ci Estoniya: "Et Uus Saaks Alguse" mahnısı ilə Birgit;

3-cü Sloveniya: "Straight Into Love" mahnısı ilə Hannah;

4-cü Xorvatiya: "Mižerja" mahnısı ilə Klapa s mora;

5-ci Danimarka: "Only Teardrops" mahnısı ilə Emmelie de Forest;

6-cı Rusiya: "What If" mahnısı ilə Dina Garipova ;

7-ci Ukrayna: "Gravity" mahnısı ilə Zlata Ognevich;

8-ci Niderland: "Birds" mahnısı ilə Anouk ;

9-cu Monteneqro: "Igranka" mahnısı ilə Who See;

10-cu Litva: "Something" mahnısı ilə Andrius Pojavis;

11-ci Belarus: "Solayoh" mahnısı ilə Alyona Lanskaya ;

12-ci Moldova: "O Mie" mahnısı ilə Aliona Moon 12-ci,

13-cü İrlandiya: "Only Love Survives" mahnısı ilə Ryan Dolan;

14-cü Kipr: "An Me Thimasai" mahnısı ilə Despina Olympiou;

15-i Belçika: "Love Kills" mahnısı ilə Roberto Bellarosa;

16-cı yəni sonuncu ifaçı ölkə Serbiya "Ljubav Je Svuda" mahnısı ilə Moje 3 olub.

Məlumat üçün bildirək ki, çıxışlardan dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaq. Yarışmanın qaydalarına əsasən, Azərbaycan ərazisindən birinci yarımfinalda iştirak edən ölkələrə səs vermək olmaz.

Qeyd edək ki, finala vəsiqə qazanan 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 18-də "Malmö Arena"ın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə