“Şuşaya qayıdacağıq”

Bu gün Şuşa şəhərinin işğalının 21 illiyinə həsr olunmuş "Şuşaya qayıdacağıq" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimin keçirilməsində əsas məqsəd Azərbaycan incəsənətinin nadir inciləri sayılan Şuşanın sənət nümunələrinin, o cümlədən Qarabağın sənətkarlıq ənənələrinin yaşadılmasını təbliğ etməkdən ibarətdir.

Tədbirdə "Tikdim ki, izim qala" adlı Qarabağ tikmələrindən ibarət sərgi nümayiş olunub. Eyni zamanda köynək, Quran və möhür qabları, pul kisəsi və başqa əşyalar göstərilib.

Daha sonra sərgidə "Fədakarlığın nümunəsi" foto slaydın nümayişi və "Şuşa şəkillərdə" foto-stend təqdim olunub.

Qeyd edək ki, mərasimdə muzey əməkdaşlarından ibarət vokal qrupunun ifasında "Qarabağ", "Şuşanın dağları", "Laçın" və s. kompozisiyalar səsləndirilib, eləcə də 203 saylı orta məktəbin şagirdləri Şuşaya həsr olunmuş şeirlərlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə