Mayın 6-da Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VI Ümumrespublika ənənəvi kitab bayramı baş tutub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları Kitabxana sistemində nümayiş olunan kitab sərgiləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova açaraq kitabın insan həyatında oynadığı roldan bəhs edib.
Sonra "Tərəqqi" medallı kitabxana işçisi Siddiqə Rzayeva, Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsinin sədri İltifat Saleh, Prezident təqaüdçüsü, şair, filologiya elmləri namizədi Mirhaşım Talışlı və başqaları kitablar haqqında ürək sözlərini söyləyərək hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı önəmlirola toxunublar.
Tədbirdə məktəb şagirdlərinin və bağça fidanlarının ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səslənib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB