Heydər Əliyev Sarayında bayram konserti

Heydər Əliyev Sarayında bayram konserti

Martın 26-da Heydər Əliyev Sarayında Novruz bayramına həsr olunmuş böyük bayram konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirdə görkəmli incəsənət xadimləri, respublikanın xalq və əməkdar artistləri, populyar, gənc və istedadlı müğənnilər tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış ediblər.

Xalq artistləri Teymur Mustafayev, Faiq Ağayev, əməkdar artistlər Gülyanaq Məmmədova, Gülbahar Şükürlü (qarmon), Səlim Abbasov (skripka), aşıqlar Nemət Qasımov, Solmaz Kosayeva, xanəndələr Eldəniz Məmmədov, Aytən Məhərrəmova, populyar müğənnilər Musa Musayev, Kərim Abasov,Aslan Hüseynov, Təranə Musayeva, Nicat Məhərrəmli, Ceyla, Yaşar Cəlilov, Sevinc Musayeva, Murad Sadıx, "Şadan" qrupu, "Asiman" rəqs kollektivi ifalarında musiqi və rəqs nömrələri böyuk maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə