“Üç bacı”-nın Novruz macəraları

“Üç bacı”-nın Novruz macəraları

Bu həftə "Üç bacı" serialında əsl bayram ab-havası yaşanacaq. SİA-nın məlumatına görə, bacılar milli geyimdə, əllərində xonça ilə tamaşaçıların görüşünə gələcəklər. 21, 22 Mart tarixlərində, saat 21:30-da Space-də efirə gedəcək seriyada şou-biznesin bir sıra məşhur simaları – Lalə Məmmədova, Rəşad İlyasov, Abbas Bağırov, Nadir Qafarzadə də öz ifaları ilə tamaşaçıları feyziyab edəcəklər. Bir sözlə, bir-birindən maraqlı bölümləri ilə görüşünüzə gələn "Üç bacı" bu həftə də ənənsinə sadiqdir. Bacıların bayram macəralarını qaçırmayın...

Bütün xəbərlər Facebook səhifəmizdə