Azərbaycan Dövlət Rus Dram Teatrı Vasil Stanilovun pyesi əsasında səhnələşdirilən "Opera Mafiozo" adlı kriminal komediyanı təqdim edəcək. SİA-nın məlumatına görə, tamaşanın premyerası 10 fevralda baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti A.Şarovski, quruluşçu rəssamı N.Sazonov (Rusiya), xoreoqrafları R.Türkkan və N.Rzayevadır.
Rollarda Azərbaycanın əməkdar artistləri N.Şarovskaya və O.Nağıyev, artistlər X.Ağayeva, B.Klimaşeva, O.Əmirbəyov, S.Bayramov, N.Əbdülrəhimbəyov, M.Mərdaxanova, Y.Omelçenko, R.Yusubov, R.Kərimov, V.Lerman və başqaları oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB