“Madam Batterflyay” teatr səhnəsində FOTO

“Madam Batterflyay” teatr səhnəsində FOTO

Akademik Opera və Balet Teatrının rəhbərliyi xaricdən məşhur vokal və balet sənəti ulduzlarının teatrın fəaliyyətinə cəlb edilməsi istiqamətində yeritdiyi siyasəti uğurla davam etdirir. Bu iş teatrın yaradıcı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir və tamaşaların professional səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə, tamaşaçı auditoriyasının genişlənməsinə xidmət edir, eyni zamanda teatrın gənc solistləri və şəhərin musiqi təhsili müəssisələrində oxuyan tələbələr üçün özünə məxsus ustad dərsləri rolunu oynayır.

Yanvarın 12-də Opera və Balet Teatrında bu fəaliyyət çərçivəsində C.Puççininin "Madam Batterflyay" ("Çio-Çio-San") operasının tamaşası baş tutacaq. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri - Belorusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yelena Bundeleva (Çio-Çio-San) və Belorusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Sergey Frankovskiy (Pinkerton) dəvət olunublar.

Tamaşada həmçinin xalq artisti, vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev (Şarples) və əməkdar artist Səbinə Vahabzadə (Suzuki) iştirak edəcəklər.

Tamaşanı Xalq Artsti, professor Yalçin Adıgözəlov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə