Amerikanın kino akademiyası "Xarici dildə ən yaxşı film"lərin siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, "Oskar" mükafatına 9 ən yaxşı film təqdim edilib. Rusiyadan Karen Şahnazarovanın "Ağ pələng" adlı filmi həmin siyahıya düşməyib. Avstriyalı rejissor Mixael Hanekenin "Sevgi", kanadalı Kim Nquyenanın "Müharibə kabusu", Çilidən olan rejissor Pablo Larrainanın "Yox" filmi "Oskar"a iddialı kinolentlərdir. Bunlardan başqa, danimarkalı rejissor Nikolay Arselin "Kraliça romanı", Erik Toledano (Fransa) "1+1", Baltazar Коrmakurun (İslandiya) "Dərin uçurum", Yoakim Ronninqin (Norveç) "Kon-Tiki", Kristian Manqiu (Rumıniya) "Təpənin o tayında " və Ursula Mayerin (İsveçrə) "Bacılar" adlı filmləri də həmin siyahıya düşüblər.
Nominantlar iki mərhələdə müəyyənləşdirilir. İlk mərhələdə münsiflər heyəti 71 xarici filmə baxıblar. Onlardan 9 film sınaqdan keçib. Bundan sonra isə jüri Los-Anceles və Nyu-Yorkda həmin seçilən filmlərə baxdıqdan sonra 4 filmi seçəcəklər.
Qalan 5 film isə digər kateqoriyalarda akademiyanın Beverli-Hillz qərargahındakı Samuel Qolduin teatrında elan olunacaqlar. Bu tədbir yanvarın 10-da Bakı vaxtı ilə saat 5:30-da keçiriləcək. Qızılı heykəllərin 85-ci təqdimolunma mərasimi fevralın 24-də baş tutacaq.
Bu mərasim dünyanın 225 ölkəsində canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB