Tanınmış müğənni, SSRİ-nin xalq artisti Edit Pyexa Heydər Əliyev Sarayında konsert verib. SİA-nın məlumatına görə, tamaşaçıları salamlayan müğənni sonuncu dəfə Azərbaycanda 53 il əvvəl çıxış etdiyini deyib: "Salam, gözəlləşmiş, cavanlaşmış Bakı! Mən bu şəhərdə ilk dəfə 1959-cu ildə çıxış etmişəm, o alqışları bu günə kimi xatılayıram".
Müğənni Bakıda Müslüm Maqomayevlə ilk görüşünü də xatırlayıb. Səhnə geyimini tez-tez dəyişən Edit Pyexa bunu sevə-sevə etdiyini bildirib və qeyd edib ki, karyerasına başladığı dövrdə onun yaxşı geyinmək imkanı olmayıb: "İllər keçir, mən həyat yolunda irəliləyir və yalnız ən yaxşı xatirələrlə yaşayıram".
Edit Pyexa bakılı pərəstişkarlarına repertuarındakı ən yaxşı mahnıları – "Gəncliyimin şəhəri", "Ana", "Dünyaya gülümsə", "Sank-Peterburq" təqdim edib.
Məlumat üçün bildirək ki, müğənni Bakı səhnəsində anadan olmasının 75, yaradıcılığa başlamasının isə 55 illiyini qeyd edib.
Qeyd edək ki, xalq artistinin konsertini izləyənlərin arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB