Beynəlxalq Əlillər Günündə nələr olacaq?

Beynəlxalq Əlillər Günündə nələr olacaq?

Dekabr ayının 3-də Beynəlxalq Əlillər Günü münasibətilə respublikamızın internat və uşaq evlərində bir sıra tədbirlər həyata keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirlərdə sənət adamları, rəqs və muğam ifaçıları çıxış edəcək.

Qeyd edək ki, nəzərdə tutulan tədbirlər Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə