Vokalçımız Fransada keçiriləcək müsabiqədə iştirak edəcək

Vokalçımız Fransada keçiriləcək müsabiqədə iştirak edəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc vokalçı Eldar Tahirov dekabr ayının 13-20-də Fransanın Bordo və Jonzak şəhərlərində keçiriləcək müsabiqədə iştirak edəcək.

SİA-nın verdiyi xəbərə görə, Eldar Tahirov Bakı şəhər F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdidir. O, kiçik yaşlarından müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edir.

Qeyd edək ki, son illər ərzində Eldar Tahirov "Avaza-Dostluq Məkanı" adlı III Beynəlxalq Festivalda diploma (Türkmənistan, 2010), "İncəsənət vadisi" XI Beynəlxalq Müsabiqə-Festivalda Qran-pri mükafatına (Macarıstan, 2011), vokalçıların VII Beynəlxalq Müsabiqəsində I mükafata (Estoniya, 2012), "Açıq Avropa - Açıq Planet" adlı IX Beynəlxalq Müsabiqədə I mükafata (Moskva, 2012) layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə