Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Xoreoqrafiya Məktəbinin müəllim və şagirdlərindən ibarət rəqs qrupu dekabr ayının 1 Avstriyanın Vyana şəhərində keçiriləcək xeyriyyə məqsədli ənənəvi Beynəlxalq Festival-Bazarda iştirak edəcək.
SİA-nın verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Qadınlar Gildiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Yusif Qasımovun rəhbərliyi altında qənc rəqqaslar, Prezident təqaüdçüləri Xamiz Cəfərov, Çinarə Quliyeva, Zəminə Sadıqzadə, habelə Aqşin Ələkbərzadə milli rəqslərimizi nümayiş etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB