Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzi ilə birgə 29 noyabr - 1 dekabr 2012-ci il tarixdə Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Ümumi şöbənin müdiri Əli Rəsulov, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacı, yazıçı-tərcüməçi Kamran Nəzirli, M,F,Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Xarici əlaqələr şöbəsinin müdiri Xəyalə İsmayılova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin baş elmi işçisi Rəma Zeynalova, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbənin baş məsləhətçisi Aslan Cəfərov, Xalq artistləri Mələkxanım Eyyubova, Azər Zeynalov, Möhlət Müslümov, Fəxrəddin Dadaşov və KİV əməkdaşlarından ibarət nümayəndə heyəti Hindistana ezam olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB