Niderlandın paytaxtı Amsterdamda "Junior Eurovision 2012"nin təntənəli aşılışı olub. SİA-nın məlumatına görə, dekabrın 1-də başlanacaq beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılşı "Mercury" otelində baş tutub. Mərasimdə 12 ölkənin bütün təmsilçiləri, həmçinin Azərbaycanı "Junior Eurovision"da təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərova da iştirak edib.
Bu gündən etibarən müsabiqənin məşqlərinə start veriləcək. Ömər və Suada müsabiqədə 75 faizi Azərbaycan dilində olan "Boys and Girls" mahnısını ifa edəcəklər. Bu mahnı əvvəlcə bütünlüklə ingilis dilində yazılsa da, sonradan müsabiqənin şərtlərinə uyğun olaraq 75%-i ana dilində yenidən işlənilib.
Qeyd edək ki, "Junior Eurovision 2012" dekabrın 1-də Amsterdamda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunur. Müsabiqədə 12 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB