Bayraq Günü münasibətilə möhtəşəm konsert

Bayraq Günü münasibətilə möhtəşəm konsert

Bu gün Bakıda Dövlət Bayrağı Günü münasibəti ilə möhtəşəm konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, konsert proqramı Dövlət Bayrağı Meydanının yerləşdiyi ərazidə - dəniz sahilində təşkil edilib.

Dövlət Bayrağı Meydanında təşkil edilən konsertdə gənc və tanınmış müğənnilər bir-birindən maraqlı ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının zövqünü oxşayıblar. Müğənnilər sırasında əməkdar artsit Lalə Məmmədova, Elnur Məmmədov, Natiq ritm qrupu, Zamiq, Sevda Yəhyayeva, Gülyaz Məmmədova və bir sıra incəsənət ustaları öz ifalarını izləyicilərə təqdim ediblər.

Tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşəbbüsü ilə reallaşdırılıb.

Gecədə 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayraqlarından birinin Azərbaycanda dalğalanmasından bəhs edilib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti yüksək qiymətləndirilib.

Gecənin iştirakçılarına Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının inşası ilə tanışlığından və açılışı zamanı iştirakından bəhs edən videomaterial təqdim edilib.

Sonda səmaya 6 min şar buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə