Mədəniyyət və Turizm Nazirliyi 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə "Qızıl Kəlmə" ədəbi müsabiqəsini elan edib.
SİA-nın məlumatına görə, "Qızıl kəlmə" ədəbi mükafatına son 2 ildə kitab və ya jurnalda çap edilən nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi, poeziya (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə əsərləri təqdim olunmalıdır. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir. Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. İşlər bu gündən başlayaraq gələn il martın 1-dək təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB