Bu gün Abdulla Şaiqin mənzil-muzeyində böyük ədibin barelyefli xatirə lövhəsinin açılışı olub. SİA-nın məlumatına görə, xatirə lövhəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb.
Nazir bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan ədəbi fikir tarixində xüsusi yeri və xidmətləri olan Abdulla Şaiqi bir daha xatırlamaq və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının zəngin irsinə dair yeni araşdırmalarla tanış etməkdən ibarətdir.
Tədbirdə həmçinin ədibin anadan olmasının 130 illiyinə həsr edilən "Əgər Şaiq olmasaydı" kitabı da təqdim olunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Abdulla Şaiqin yaradıcılığını tədqiq edən alimlər, kitabda məqalələri çap olunan müəlliflər, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Məlumat üçün bildirək ki, xatirə lövhəsi xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB