Bu gün həyatının 32 ilini muğama sərf edən xalq artisti Mələkxanım Əyyubovanın konserti keçirilib. SİA-nın məlumatına görə bu konsert xanəndənin Heydər Əliyev Sarayında keçirilən ilk hesabat konserti idi. Konsertdə xanəndənin yaxın dostları, tanışları, sevənləri əyləşiblər.
Konsertdə iştirak edən xanəndənin müəllimi Canəli Əkbərov Mələkxanımın zəhməti və daima öyrənmək istəyi sayəsində bu günə gəlib çatdığını söyləyib: "Düşünürəm ki, Mələkxanım bugünkü gecədə zəhməti ilə istedadını birləşdirib xalqımızı sevindirəcək. Bu gün məhsuldar bir gecənin şahidi olacağıq. O bu gün də muğamları məndən öyrənir. Bu insan öyrənmək üçün heç vaxt təmbəllik etmir".
Konsert proqramının əvvəlində Mələkxanım Əyyubovanın həyat və yaradıcılığı haqqında danışılıb. Sonra xanəndə səhnəyə çıxaraq sevilən ifalarını səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB