Adnan Şenses bununla bağlı İstanbul Ticarət Məhkəməsinə müraciət edib
Xərçəng xəstəliyindən əziyyət çəkən məşhur türk müğənnisi Adnan Şenses yataqda xəstə yatarkən aldadıldığını bildirib. "Habertürk"ün verdiyi məlumata görə, 76 yaşlı müğənni ağır xəstə olduğu vaxtda sahib olduğu maye yanacaq stansiyasında ortağı tərəfindən aldadıldığını iddia edib.
Məşhur müğənni ortağının onun imzasını saxtalaşdıraraq bankdakı hesabından pul götürdüyünü deyir. Müğənni hesabından çəkilən 25 min türk lirəsinin qaytarılmasını tələb edib.
Adnan Şenses hətta prokurorluğa şikayət ərizəsi ilə də müraciət edib. Onun şikayətinə yaxın günlərdə İstanbul Ticarət Məhkəməsində baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB