“Napaleon” Azərbaycanda

Bu gün Akademik Milli Dram Teatrında "Napaleon" tamaşasının premyerası keçiriləcək. SİA-nın məlumatına görə, F.Bruknerin əsəri əsasında hazırlanan "Napaleon" tamaşasının quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Əməkdar İncəsənət Xadimi Rimma Məmmədovadır.

Napaleon rolunu Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Oktay Mehdiyev, Jozefina rolunu Xalq Artisti Zemfira Nərimanova ifa edir. Digər rollarda Əməkdar Artistlər Sabir Məmmədov (Bertye), Elşən Rüstəmov (Taleyran), aktyorlar Şəhla Əliqızı (Mariya Valevskaya), Türkel Şabanova (Mariya Luzia), Sərdar Rüstəmov (Meneval), Rumiyyə Ağayeva (Rəqs müəllimi, Bayraqdar), Elçin Əhmədov (Fuşe) və başqaları çıxış edirlər.

Qeyd edək ki, tamaşanın xronometrajı 2 saatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə