Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın mədəniyyət naziri Arunas Gelunası qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycan ilə Litva arasında əməkdaşlıq müzakirə olunub, münasibətlərin hazırkı vəziyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, Litva tərəfi ilə imzalanan sazişlərin implementasiyası sahəsində tədbirlər və yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Daha sonra Ə.Qarayev A.Gelunası 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
Görüşün sonunda Arunas Gelunas səmimi qəbula görə öz həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB