Aktyorun ayaqları üçün xüsusi müalicə kursu

Aktyorun ayaqları üçün xüsusi müalicə kursu

Azərbaycanın əməkdar artisti Azər Mirzəyev müalicəsini ev şəraitində davam etdirəcək. SİA-nın məlumatına görə, aktyor xəstəxanadan evə buraxılıb. Aktyor bir müddət həkim nəzarətində olacaq.

Azər Mirzəyevin ayaqları üçün xüsusi müalicə kursu da həyata keçiriləcək. Evdə ayaqları mütəmadi olaraq masaj olunacaq. Əməkdar artistin yaxın gələcəkdə səhnəyə çıxması gözlənilmir.

Məlumat üçün bildirək ki, ürəyində aparılması nəzərdə tutulan cərrahiyyə əməliyyatı isə təxirə salınıb. Həkimlərin məsləhəti ilə əməliyyatın olmamasına qərar verilib.

Qeyd edək ki, Azər Mirzəyev sentyabrın əvvəllərində ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Əvvəl onun ürəyində cərrahiyyə əməliyyatı nəzərdə tutulsa da, sonradan həkimlər bu əməliyyatın olmamasına qərar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə