Səhər saatlarından ürəyindən əməliyyat olunan xalq artisti Afaq Bəşirqızı reanimasiyaya çıxarılıb. Aktrisanın oğlu Səmral Təhməzov SİA-ya açıqlamasında bildirib ki, bir neçə dəqiqə əvvəl anası əməliyyatdan çıxıb.
"4 saat davam edəcəyi gözlənilən əməliyyat prosesi 7 saat çəkib. Hazırda anam reanimasiya şöbəsindədir. Həkimlər əməliyyatın uğurlu keçdiyini deyirlər",- deyə oğlu əlavə edib.
Qeyd edək ki, 57 yaşlı aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub. Aktrisanın əməliyyatını ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB