Məşhur aktyor öldü

"Yaşıl Yol" (The Green Mile) filmində John Coffey xarakterini canlandıran zənci aktyor Michael Clarke Duncan, 54 yaşında ürək tutması səbəbindən dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Duncan bir müddət Los Angelesdəki Cedars-Sinai Sağlamlıq Mərkəzində müalicə olunub. Xəstəxana səlahiyyətliləri, məşhur aktyorun həyatını itirdiyini bildiriblər.

Qeyd edək ki, amerikalı aktyor 1999 ildə çəkilən "Yaşıl Yol" filmi ilə ilk dəfə tanınıb. Frank Darabontun rejisoru olduğu filmdə Tom Hanks ilə birlikdə rol alan aktyor, canlandırdığı John Coffey xarakteri ilə kino tarixində iz qoyub. Bu filmdə Akademiya və Oscar mükafatlarına layiq görülən Duncan, diqqəti cəlb edən 1.96 metrlik boyu və unudulmaz ifası ilə məhşurlaşıb.

Məlumat üçün bildirək ki, Michael Clark Duncan, "Armageddon", "Planet of the Apes"və "Kung Fu Panda" kimi filmlərdə də əsas rolların ifaçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə