Yunanıstanın Tinos adasında keçirilən Beynəlxalq yay caz festivalına yekun vurulub. SİA-nın verdiyi xəbərə görə, festivalda Azərbaycanı təmsil edən pianoçu Emil Əfrasiyab maraqlı konsert proqramı ilə çıxış edib.

Musiqiçi Azərbaycan xalq mahnıları əsasında caz kompozisiyalarını, özünün yeni "İki dünya" və "Xarakter" əsərlərini, həmçinin Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin bəstələrini ifa edib.

Qeyd edək ki, Azərbaycan pianoçusunun konsert proqramında Corc Qerşvin və Maylz Devisin Azərbaycan xalq musiqi ilə sintez etdikləri caz kompozisiyaları da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...