Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Dərvişin qeydləri" adlı yeni film çəkilir. SİA-nın xəbərinə görə, tarixi detektiv janrında olan, xalq artisti Eldar Quliyevin quruluş verdiyi filminin bəstəkarı, xalq artisti Səyavuş Kərimi, ssenari müəllifi İlqar Fəhmi və Eldar Quliyevdir.
Qeyd edək ki, çəkilişlər Salyanda və Şəkidə, eyni zamanda, kinostudiyanın pavilyonunda həyata keçirilir. Sözügedən filmdə xalq artisti Fuad Poladov, əməkdar artistlər Şövqi Hüseynov, Cəfər Namiq Kamal, Pərviz Məmmədrzayev, aktyorlar Rafiz Mehdizadə və başqaları rol alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB