Kurslar bitir!

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən qurumun tabeliyində olan mədəniyyət müəssisələrinin işçiləri üçün mütəmadi olaraq ölkəmizin müxtəlif səfalı guşələrində treninq kursları və təcrübə mübadiləsi həyata keçirilir. SİA-nın xəbərinə görə, növbəti layihə avqustun 14-dən 16-dək Xızı rayonunun Altıağac qəsəbəsinin turizm mərkəzində gerçəkləşəcək. İdarədən bildiriblər ki, treninq və təcrübə mübadilələrinin başlıca məqsədi mədəniyyət müəssisələrinin iş fəaliyyətinin yaxşılaşdırılması, qabaqcıl təcrübələrin müvafiq sahələrdə çalışan mədəniyyət işçiləri arasında təbliği, tətbiqi və iş üsullarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, iştirakçılar treninq kursları zamanı paytaxtın mədəni-maarif işçiləri yerləşdikləri ərazinin maddi mədəniyyət nümunələri ilə tanış olmaq, turizm məkanlarına səfər etmək imkanı qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə