Milli Parkda Ulu öndərin hakimiyyətə gəlməsinin ildönümü qeyd ediləcək
14 iyul tarixində Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 43-cü ildönümü münasibəti ilə konsert proqamı keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, sabah saat 21:00-da başlayacaq konsert Milli Parkda Saat qülləsinin yanında təşkil olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığa hər kəsi dəvətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB