Montrö Caz Festivalının piano müsabiqəsində Azərbaycanı Əfqan Rəsul təmsil edir
İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı (Montreux Jazz Festival) keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, budəfəki festivalda da Azərbaycanın caz ustaları və musiqi kollektivləri iştirak edirlər. Festivalın builki baş sponsorları sırasında Azərbaycan Dövlət Neft Şirkəti də var.
Bu münasibətlə bu günlərdə Montrö Caz Festivalının sahibi Klod Nobsun İsveçrədəki evində ARDNŞ tərəfindən ziyafət təşkil olunub. Azərbaycan bayrağı altında keçirilmiş ziyafətdə qonaqlara bakılı aşpazlar tərəfindən milli yeməklərimiz təqdim olunub. Daha sonra gecənin qonaqları festivalın vokalçılar müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Məmmədova və tanınmış pianoçu İsfar Sarabskinin ifalarını dinləyiblər. Festivalın sahibi Klod Nobs azərbaycanlı musiqiçilərin ifasını yüksək qiymətləndirib.
Qeyd edək ki, Montrö Caz Festivalında \"Natiq\" ritm qrupu, Cəmil Əmirov və \"Savab\" qrupu da iştirak edir. İyulun 8-də festival çərçivəsində keçiriləcək pianoçuların müsabiqəsində Azərbaycanı Əfqan Rəsul təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB