Milli Dram Teatrı Elçinin "Şekspir" əsərinin tamaşasını təhvil verdikdən sonra yeni tamaşanın məşqlərinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, bu gün Fridrix Dürremantın "Xanımın gəlişi" əsərinin tamaşası hazırlanır.
Əsər dəfələrlə dünya teatrlarının səhnələrində oynanılıb. Ayrı-ayrı ölkələrin kinematoqrafçıları tərəfindən 4 variantda işlənilən tamaşa Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunur.
Tamaşanın rejissoru Rövşən Almuradlının SİA-ya verdiyi məlumata görə, əsərin mövzusu bu gün də aktualdır: "Çünki hər zaman faşizmin doğuşu qorxu yaradıb. F. Dürremant bu məsələyə siyasi baxımdan deyil, cəmiyyətin gözü ilə yanaşıb".
Baş rolu Sənubər İsgəndərlinin (Klara) oynadığı tamaşada Rafik Əzimov, Ramiz Novruzov, Ramiz Məlik, Nurəddin Mehdixanlı, Hacı İsmayılov kimi aktyorlar yer alıblar.
Rejissor tamaşa haqqında bunları deyib: "Tamaşa sərgilənənə qədər rolunu kimin hansı səviyyədə mənimsədiyini bilmək hələ çox tezdir. Ancaq "Yaşlı Xanımın gəlişi" adlanan tamaşanın qısa məğzini deyə bilərəm. Əsas rolun ifaçısı Klara (Sənubər İsgəndərli ) bir vaxtlar bu şəhərdə yaşayıb, burda həyatı alt-üst olub. Şəhəri tərk edən atılmış qadın indi vaxtilə yaşamış olduğu yerə milyonçu kimi qayıdıb. İndi bu şəhərin taleyi onun əlindədir. Onu qarşılamaq üçün yığışan həmin şəhərin kişiləri pulu səpələyən qadının əsirinə çevirilib. Onların arasında yalnız bir nəfər bu qadın üçün maraqlıdır. Gəncliyinin "günahı", bir vaxtlar sevişdiyi kişi. O, da əllərində gül buketi Klaranı qarşılayanlar arasındadır. Həmin kişini canlandıran Ramiz Novruzovdur. O da Klaranın qarşısında ikiqat olub, riyakarcasına gülümsəyən bir tipi canlandırır. Nurəddin Mehdixanlının oynadığı rol isə onun "ilhamvericisi" kimi çıxış edən başqa bir tipajdır. Rafik Əzimovun rolu isə digərlərindən riyakarlığı ilə heç də fərqlənmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB