Mişel Barmaki: \"Hər yerdə Bakıdan danışacağam\"

"İçərişəhərdə gedən bərpa işlərini yüksək qiymətləndirirəm. Çox bəyəndim. Burada gördüklərimdən həqiqətən də məmnun qaldım və hər xarici səfərimdə Bakıdakı inkişafdan danışacağam". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki (Michel Barmaki) deyib.


Azərbaycanın son 20 ildəki inkişafından danışan baş katib bildirib ki, digər ölkələrdə bu inkişafa yalnız 100 ilə nail olmaq mümkün olar: "Bakıya səfərimin əsas məqsədi şəhərdəki arxitektura məsələlərində sizlərə necə kömək etməyi müəyyənləşdirməkdir. Şəhərin arxitekturası xoşuma gəldi və gedəcəyim səfərlərdə bu barədə danışacağam".


Bakının baş planının hazır olduğunu söyləyən M. Barmaki planda hər hansı dəyişiklik hüququnun yalnız müəllifə məxsus olduğunu vurğulayıb. O bildirib ki, şəhərin baş planı təsdiqlənsə belə, dəyişiklik mümkündür: "Əvvəllər bu işləri həyata keçirmək üçün Avstriya və Almaniyadan mütəxəssislər dəvət olunurdu. Sevindirici hal odur ki, hazırda sizin bu sahədə öz mütəxəssisləriniz var. Siz bu şəhərdə yaşayırsınız, buranı yaxşı tanıyırsınız və bu şəhərə nəyin lazım olduğunu hər bir kəsdən daha yaxşı bilirsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...