Türkiyədə ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. SİA-nın xəbərinə görə, bununla bağlı məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, iyunun 17-dən 21-nə kimi nəzərdə tutulan Mədəniyyət Günləri Ankara və İzmirdə təşkil olunacaq.


Nazir bildirib ki, bu, müstəqillik dövründə Türkiyədə keçirilən ilk Azərbaycan Mədəniyyət Günləri olacaq. Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, teatr kollektivlərindən ibarət xüsusi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Tədbirin açılışı iyunun 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə