Əbülfəs Qarayev ukraynalıları Azərbaycanda çalışmağa dəvət edir

Əbülfəs Qarayev ukraynalıları Azərbaycanda çalışmağa dəvət edir

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın tanınmış rejissorlarını, baletmeysterlərini və artistlərini Azərbaycanda işləməyə dəvət edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun SİA-ya verdiyi məlumata görə, bu günlərdə Ukraynada səfərdə olan nazir Ukrayna baş nazirinin humanitar məsələlər üzrə müavini Raisa Boqatıryova ilə görüşdə mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək təşəbbüsünü irəli sürüb.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Ə. Qarayev Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə də görüşüb. Görüşdə mədəniyyət və incəsənət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə