Azərin “Türk dünyasını ən yaxşı ifadə edən sənət adamı” mükafatına layiq görülüb
Hazırda Türkiyədə fəaliyyət göstərən Azərbaycanın əməkdar artisti Azərindən yeni xəbər var. Azərin Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Türkiyənin bir çox kanallarında qonağı olub. Əməkdar artist SİA-ya açıqlamasında Türkiyədə fəaliyyətindən danışarkən bunları deyib: " Türkyiədə fəaliyyət göstərdiyim müddətdə hər zaman çalışmışam ki, Azərbaycan mədəniyyətini, dövlətini layiqincə təbliğ edim. Son bir ayda isə xüsusilə Türkiyədə həm "Eurovision"la əlaqədar, həm də Azərbaycan Cümhuriyyətinin 94 ildönümü münasibəti ilə keçirilən tədbirlərində iştirak etmişəm. Türkyiənin TRT Avaz, "Türkü söyləmək lazım" proqramlarının qonağı olmuşam. TRT-nin "Yeni gün" verilişinin qonağı oldum. Burada da Azərbaycan mədəniyyəti barədə məlumat verdim".
Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Türkiyənin Mersin şəhərində də xalq konserti ilə çıxış edib. Azərinin solo konserti böyük maraqla qarşılanıb. Azərbaycan sənətçisi Türkiyədən bizimlə telefon bağlantısı qurarkən onu da bildirib ki, bu yaxınlarda Ankaranın "Polis" radiosunun qonağı olub. Murad İncənin verilişinin qonağı olan sənətçi bir neçə Azərbaycan musiqilərini ifa edib.
Mayın sonlarında isə Azərin Makedoniyada keçirilən mükafat mərasimində "Türk dünyasını ən yaxşı ifadə edən sənət adamı" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB