Bu gün Filarmoniya bağında "Musiqi və xalq sənəti həftəsi"nə "Bakı gecələri" estrada orkestrinin çıxışı ilə yekun vurulub. SİA xəbər verir ki, orkestrin ifasında səslənən bir-birindən maraqlı musiqilər maraqla qarşılanıb.
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş "Musiqi və xalq sənəti həftəsi" çərçivəsində müxtəlif musiqi kollektivləri çıxış edib və sərgilər təşkil olunub. Bu tədbirlər zamanı "Eurovision-2012" mahnı müsabiqəsini yaxından izləmək üçün ölkəmizə gəlmiş xarici qonaqlara Azərbaycanın tarixi, zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib. Sərgilərdə xalçaçılıq, ağac, metal, daş üzərində oyma, mil və qarmaqla toxuma üzrə xalq sənətkarlığının nümunələri nümayiş etdirilib.
Bundan əlavə, bu günlərdə paytaxtımızın sakinləri və qonaqları burada nümayiş olunan sənətkarlıq nümunələrindən əldə etmək imkanı qazanıb, milli mətbəximizin ləziz nemətlərindən dada biliblər. Şəki, İsmayıllı, Qobustandan gələn, eləcə də paytaxtımızda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət guşələr də böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB