İtaliyanın "Eurovision-2012" təmsilçisi Nina Zilli sürprizlə qarşılaşıb. SİA-nın məlumatına görə, İtaliya təmsilçisi bu gün keçirilən mətbuat konfransında jurnalistlərdən hədiyyə alıb. Ona üzərində özünün əksi olan köynək verilib. Nina mətbuat nümayəndələrinin bu jestindən məmnun olub və Azərbaycan haqda fikirərini bölüşüb:
"Azərbaycan çox gözəl tarixə və mədəniyyətə sahibdir. Mən Bakını gəzdim və İçərişəhərə getdim. Burada olan tarixilik məni cəlb etdi. İlk dəfə Azərbaycana gəlməyim yaddaşıma ədəbi həkk olundu.\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB