“Xocalıya ədalət” kampaniyasına “Eurovision” iştirakçısı da qoşuldu

“Xocalıya ədalət” kampaniyasına “Eurovision” iştirakçısı da qoşuldu

"Eurovision-2001" mahnı müsabiqəsinin estoniyalı qalibi Tanel Padar "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstəyini etiraf edib. SİA xəbər verir ki, müğənni bu gün Bakıda mətbuat konfransı keçirib.


Tanel Padar Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüskarı olduğu \"Xocalıya ədalət\" beynəlxalq məlumat kampaniyasının fəaliyyətini yüksək qiymətləndirib və \"Ədalət alovunu yandır\" şüarı altında Estoniyada kampaniyanın işini gücləndirəcəyinə hazır olduğunu bildirib.


Eyni zamanda, Padar və onu müşayiət edən qrupun üzvləri ABŞ prezidenti, BMT-nin baş katibi, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin deputatlarına ünvanlanmış və Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın petisiyasını imzalayıb.


\"Xocalıya ədalət beynəlxalq məlumat-təbliğat kampaniyası 2008-ci il mayın 8-də İƏT gənclər forumunun mədəniyyətlərarası dialoq məsələləri üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə