Bu gün \"Eurovision- 2012\"nin ikinci yarımfinal şousu keçiriləcək. SİA-nın məlumatına görə, II yarımfinalla bağlı Mətbuat Mərkəzində jurnalistlər və fanatlar arasında aparılan sorğuda Türkiyə təmsilçisi Can Bonomo 18 ölkə arasında 805 səslə birincidir.
Jurnalistlərin və fanatların fikrincə, ikinci yarımfinaldan finala Türkiyə ilə yanaşı İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya da vəsiqə qazana bilər.
Qeyd edək ki, bu səsvermə ənənəvi olaraq keçirilir və münsiflər, eləcə də tamaşaçı səsverməsinin nəticələrinə təsir göstərmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB