Engelbert Hamperdink Eurovision 2012-nin ilk canlı şousunu səhnə arxasından izləyib- VİDEO

Böyük Britaniyanın \"Eurovision- 2012\" təmsilçisi Engelbert Hamperdink müsabiqənin birinci yarımfinalını \"Bakı Kristal Zalı\"nın səhnə arxasından izləyib. SİA-nın məlumatına görə, Elgelbert Hamperdink möhtəşəm şoudan zövq aldığını bildirib və finaldakı çıxışı ərəfəsində həyəcan keçirdiyini deyib. Bakını və paytaxt sakinlərini çox sevən müğənni şəhərin gözəl görüntülərini foto kameraya da lentə alıb.

Hamperdink Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayevanın səsinə valeh olduğunu deyib. \"Səbinənin güclü səsi var\" - deyə Hamperdink bildirib.

Engelbert Hamperdinkin mahnıları ilə böyüyən Səbinə Babayeva bu gün Britaniya təmsilçisi ilə görüşündə \"Sizin mahnılarınızın laylası ilə böyümüşəm. İndi isə sizi vətənimizdə görməkdən çox xoşbəxtəm. Nə yaxşı ki, siz varsınız\",- deyib.

Səbinə Babayeva həmkarına maraqlı sürpriz də hazırlayıb. Hamperdinkin hitlərindən birini ifa edən Azərbaycan təmsilçisi ona üzərində Böyük Britaniya təmsilçisinin rəsmi olan köynəyi hədiyyə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə