Bolqarıstanın \"Eurovision\" təmsilçisi Bakıya ailəsi ilə birgə gəldi
Bolqarıstan təmsilçisi Sofi Marinova Azərbaycana ailəsi ilə birgə gəlib. SİA-nın məlumatına görə, Sofi Morinovanı Heydər Əliyev Beynəlxalq Hava Limanında eurovision.az saytının əməkdaşları qarşılayıb.
Təmsilçi Bakıda olmağından sevinc duyduğunu deyib və ailəvi şəhərimizi gəzəcəyini deyib. \"Bakıya gəlməkdən məmnunuq. Ailəvi səfər etmək çox gözəldir. Oğlum və həyat yoldaşım mənə uğur gətirir\".
İfa etdiyi mahnıda müxtəlif dillərdə, eləcə də Azərbaycan dilində \"Mən səni sevirəm\" deyən Sofi Marinova Azərbaycanca salamlarını çatdırıb:\"Salam Azərbaycan, mən Sofi Bakıdayam\".
Bakıya gələn Serbiya təmsilçisi Zeljko Yoksimoviç eurovision.az saytına açıqlamasında müsabiqə mahnısının Azərbaycan dilində hazırladığını deyib. Məlum olub ki, bu yaxınlarda 40 yaşını qeyd edən Zeljko, Bakıda çıxışı zamanı tək olmayacaq. Həyat yoldaşı ona dəstək olmaq üçün mayın 18-də Bakıya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB