\"OGAE Azərbaycan\"ın səsverməsi açıqlandı

Hər il olduğu kimi, bu il də \"Eurovision 2012\"də iştirak edəcək ölkələrin rəsmi \"OGAE\" klublarının səsverməsi keçirilir. SİA-nın bu ilki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bir çox ölkələrin rəsmi fan klub üzvlərinin səsverməsinin nəticəsi bəllidir.


\"OGAE Azərbaycan\" 12 balı səsverməsi açıqlanan digər əksər fan klublar və bukmekerlər kimi İsveç təmsilçisi Lorinə verib.


\"OGAE Azərbaycan\"ın səsverməsinin nəticəsi belədir:


12 bal İsveç

10 bal Rusiya

8 bal Serbiya

7 bal İtaliya

6 bal Norveç

5 bal İslandiya

4 bal Türkiyə

3 bal Yunanıstan

2 bal Rumıniya

1 bal Kipr


Qeyd edək ki, OGAE səsverməsi ümumi nəticələrə təsir etmir, yalnız rəsmi fanatların rəyini öyrənmək məqsədi daşıyır. Bütün OGAE-lərin səsverməsi başa çatdıqdan sonra OGAE İnternational bütün ölkələrin fanatlarının ümumi rəyini elan edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...