Bolqarıstan təmsilçisi öz səsinə çox güvənir

\"Bu il Bolqarıstanı Eurovision Mahnı Müsabiqəsində təmsil edəcəyəm və ümidvaram ki, xalqımın ümidlərini doğruldaram\". SİA-nın məlumatına görə, bunu Bolqarıstanı Bakıda təmsil edəcək Sofi Marinova deyib.


O, səsinin digər təmsilçilərdən fərqləndiyini bildirib: \"Səsimin diapazonu 5 oktavadır. 15 ildir ki, səhnədə çalışıram və 20 musiqi albomum işıq üzü görüb. Bütün mükafatları qazanmışam, amma Eurovision Mahnı Müsabiqəsində iştirak ən böyük arzum olub. Düşünürəm ki, üstünlüyüm həm də mahnımdadır. \"Love Unlimited\" mahnısı məni bir başqa tərəfdən tanıdır\".


Sofi Marinova \"Bakı Kristal Zalı\"nda tək çıxış edəcəyini bildirib. Tanıtım turlarının az olmasından da söz açan müğənni bunu maliyyə məsələləri ilə əlaqələndirib. Hazırda Bolqarıstandayam və buradan Bakıya yola düşəcəm. İş cədvəlim çox gərgindi. Stilistlərlə, rejissorlarla işləyirəm və var-qüvvəmlə Bakı şousundakı çıxışıma hazırlaşıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...