1 may tarixində Bakı tamaşaçılarını nə gözləyir?

Bu gün Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynalması ilə bağlı konfrans keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Dövlət Akademik Mili Dram Teatrının direktoru İsrafil İsrafilov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, rejissor Vaqif Şərifov və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Mili Dram Teatrının direktoru İsrafil İsrafilov tamaşa haqda danışıb: "Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı tərəfindən Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynanılacaq. Bu tamaşalardan biri- M.F. Axundovun 200 illik yubileyinə həsr olunmuş tamaşanın premyerası cari ilin əvvəllərinə keçirilib. "Hekayəti –müsyö Jordan və Dərviş Məstəli şah caduküni – məşhur" adli iki hissəli komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Rəşid Şərif, geyim üzrə rəssam Leyla Əliyevadır".

Tədbirdə söz alan Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tədbir haqda ağızdolusu danışıb: "Bakıda nümayiş olunacaq ikinci tamaşa N.V. Qoqolun "Evlənmə" pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Qətiyyən inanılması mümükün olmayan bir hadisənin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır", -deyə fikirlərini tamamlayıb.

Qeyd edək ki, tamaşa dövlət sifarişi üsülü ilə hazırlanıb. Bakı tamaşaçıları bu səhnə əsərinə 1 may tarixində, saat 19:00-da tamaşa edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə