Növbəti «Talelər qovuşanda» tamaşası Rauf Hacıyevin xatirəsinə həsr olunur
Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin bu il 90 illik yubileyi tamam olur. Bununla əlaqədar, mayın 15-də görkəmli bəstəkarın şərəfinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi onun müəllifi olduğu "Talelər qovuşanda" tamaşasını nümayiş etdirəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Emil Heydərov və başqaları çıxış edəcək. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının binasında oynanılacaq. Operettada əsas partiyaları isə tanınmış vokalçı Nərgiz Kərimova (Nərgiz) və müsabiqə yolu ilə teatra qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa edəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, Rauf Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün Konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olub.
Onun yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir. Rauf Hacıyev onlarla filmin və teatr tamaşasının musiqi müəllifi olub.
Uzun illərdir ki, Musiqili Komediya Teatrının repertuarında yer alan "Talelər qovuşanda" tamaşası da bəstəkarın ən uğurlu işləri sırasına daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB