Gənclər \"Eurovision\"a dəstək oldular

Gənclər \"Eurovision\"a dəstək oldular

Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tərəfindən "Eurovision-2012" işçi qrupunun dəstəyi ilə "Gənclər musiqini sevir" devizi altında musiqili, əyləncəli proqram təşkil olunub. SİA-nın məlumatına görə, bir sıra şou nümayəndələri öz ifaları ilə gecəyə rəng qatıblar.


Mərasimin təşkilatçısı və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "Eurovision"nun Azərbaycanda keçirilmçəsinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb: "Müsabiqənin Azərbyacanda keçirliməsi sevindirici haldır. Çünki bu tədbir Azərbaycanın dünyada təmsil olunmasında çox böyük əhəmiyyət daşıyır. Bu cür möhtəşəm müsabiqə yüksək səviyyədə təşkil olunacaq. Gənclər bu müsabiqəyə hər zaman öz dəstəklərini göstəriblər. Bugünkü proqram da bizim təşkilatımız tərəfindən keçirilən dəstək xarakterli tədbirlərdən biridir. Məqsədimiz gəncləri bir araya toplamaq və onlarda müsabiqə öncəsi ruh yüksəkliyi yaratmaqdır. Ölkəmizə bu tədbirdə uğurlar arzulayırıq".


Tədbir gənclərin əyləncəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə