\"Eurovision- 2012\" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə sayılı günlər qalıb. Bu ərəfədə Bakıda səfərdə olan Gürcüstan təmsilçisi SİA-ya müsahibə verib.
- Azərbaycan haqqında təəssüratlarınız necədir?
- \"Eurovision- 2012\" mahnı müsabiqəsinin ilk iştirakçısıyam ki, "Bakı Kristal Zalı"nda olmuşam. Bütün Avropanın diqqət mərkəzində olan arenanı görmək çox maraqlı idi. Bakıya gəlmək üçün Hollandiyaya olan səfərimdən imtina etdim. Bu addımıma görə də təəssüflənmirəm. Azərbaycanda olduğuma görə çox sevinirəm. Şəhərinizin müsabiqəyə hazırlıq səviyyəsini olduqca yüksək qiymətləndirirəm. Bakıda özümü doğma insanların əhatəsində hiss etdim. Bakıdakı Eurovision şousu mənim üçün fərqli olacaq. Çünki burada çox qəribə bir məqam var. Gürcüstandan və Azərbaycandan ən yaxın dostlar məhz builki şouda iştirak edəcəklər. Mən Səbinə Babayevanın Azərbaycandakı milli seçimlərdə qalib gəldiyini eşidəndə heyrət içində idim. O da həmçinin. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 hazırlıqlarına gəlincə, sizin təşkilatçılığınıza söz ola bilməz. Bu ilki müsabiqə tarix boyu keçirilən şouların içərisində ən yadda qalanı olacaq. Hətta Moskvada belə bu cür şou nümayiş olunmayıb.
- Müsabiqədəki favoritləriniz kimlərdir?
- Sözün düzü, favoritlərim sırasında Azərbaycanı müsabiqədə təmsil edəcək Səbinə Babayevanın şansını yüksək qiymətləndirirəm. Bu fikirlərin onun mənim dostum olması ilə heç bir əlaqəsi yoxdur. Sadəcə onun səs diapazonunu çox bəyənirəm. Ola bilsin ki, mənim zövqüm fərqlidir. Lakin Səbinənin mahnısındakı ballada gözəl alınıb. Mahnıya qulaq asdıqca insan sanki enerji alır və aydın şəkildə qadının nə demək istədiyi hiss olunur. Bununla yanaşı, İtaliya və İsveç təmsilçilərinin ifa etdikləri mahnılarda uğurludur. Ukrayna təmsilçisindən isə xoşum gəlir. Çünki orada rəqs nümayişi peşəkar səviyyədə qurulub. Digər ölkələrin təmsilçilərinin oxuduqları mahnılar isə yadımda qalmayıb. Bəzən öz mahnımı belə unuduram.
- Özünüzü onluqda görürsünüzmü?
- Özümü isə onluqda görürəm. Öz gücümə inanıram. Söz verirəm ki, \"Eurovision\" səhnəsindəki çıxışım unudulmaz olacaq. Əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Azərbaycan tamaşaçılarına isə demək istəyirəm ki, səsinizi Gürcüstana verin. Əlbəttə ki, ifamı bəyənsəniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB