Azərbaycanın "Eurovision -2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Belçikaya gedir. SİA-nın təmsilçinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün sözügedən ölkəyə yola düşəcək.
S.Babayeva Belçikanın 57-ci "Eurovision" təmsilçisi olan İrisin albomunun təqdimatı münasibəti ilə keçiriləcək mərasimdə xüsusi qonaq qismində iştirak edəcək. Səbinə ilə İris ötən həftə sonu Amsterdam da keçirilən "Eurovision İn Concert" layihəsində tanış olublar. Həmin konsertdə Səbinənin çıxışından sonra İrisin anası təmsilçimizə yaxınlaşaraq, onun səsini və mahnısını çox bəyəndiyini deyib və onu bu mərasimə dəvət edib.
Bu mərasimdə iştirakdan sonra isə Səbinə Babayeva Belçika media mənsubları ilə görüşəcək və onlara müsahibələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB